AZ

"Həmkarlar İttifaqı İnstitutunun işlək olmadığı Azərbaycanda iş rejiminin azaldılması real görünmür"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Dünyanın inkişaf etmiş bir çox ölkələrində iş rejimi yeddi saatdır. Son zamanlar başqa ölkələr də yeni qanun qəbul edərək, yeddi saatlıq iş rejiminə keçib. Məlum olduğu kimi, Azərbaycanda iş rejimi səkkiz saatdır. Bəs Azərbaycanda nə zamansa, yeddi saatlıq iş rejiminə keçilə bilərmi? Bunun işçilər üçün müsbət və mənfi tərəfləri nələr olar? Səkkiz saat işləməsinə rəğmən, yetərli əməkhaqqı ilə təmin olunmayan orta statistik vətəndaşların iş saatının azaldılması ilə əməkhaqları daha da enə bilərmi? İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info xəbər portalının suallarını cavablandırıb. Natiq Cəfərli "Dünyanın bir çox ölkəsində hətta dörd günlük iş həftəsinə də keçiblər. Təbii ki, belə tendensiyalar var. Ancaq Azərbaycanın iqtisadi sisteminə baxanda, bunun ölkəmizdə tətbiq olunması ancaq dövlət idarələrində ola bilər. Azərbaycanda muzdla çalışanların yarıdan çoxu dövlət buüdcə təşkilatlarında çalışır. Özəl sektorda bunu tətbiq etmək çətindir. Çünki özəl sektorda işçilərin hüquqları daha az qorunur. O mənada ki, işçilər hər hansı bir tələb irəli sürürlərsə, işəgötürən işçini çıxara bilər və başqa işçilərin götürülməsi daha da asanlaşar. İşsiz adamların sayı çoxdur. Bu nöqteyi nəzərdən özəl sektorda daha çətindir. Azərbaycanın spesifik xüsusiyyətlərinə baxanda başqa problemlər də var. Məsələn; bizdə neft-qaz sektorudur, orda günün 24 saatı ilboyu iş dayanmır. Yəni orda da növbəlilik prinsipidir. Polis və digər hüquq-mühafizə orqanları bu sistemə keçə bilməzlər. Çünki onda gərək say kəskin artsın ki, iş rejimi dəyişsin və yaxud da istirahət hüququ daha da genişlənsin. Müəllimlər zatən beş günlük iş rejimində çalışırlar. Bir çox məktəblər beş gün işləyir. Yəni Azərbaycan iqtisadiyyatının spesifikasında belə bir qərarın qəbul olunması çox çətin görünür. Bu dəyişiklik o ölkələr üçün keçərlidir ki, orada həmkarlar təşkilatı olur. Onlar hökumətlə, işəgötürənlərlə görüşür, tələblər irəli sürürlər. Həmin ölkələrdə bunun kimi dəyişiklik mümkündür. Azərbaycanda isə Həmkarlar İttifaqı İnstitutu belə işlək vəziyyət deyil" - deyə, Natiq Cəfərli bildirib. Mətin Şükürlü, Bizimyol.info

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1880
Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
1683
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1533
Azərbaycanda bu məhsul bahalaşdı
1476
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
1280
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
1265
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1256
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
1222
Yağıntılı hava şəraiti sabah da davam edəcək
1150
Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
1145
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1121
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1094
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
1083
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
1055
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
1040
Helikopter qəzası ilə bağlı yeni xəbər
992
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
929
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
914
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
912
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
896