AZ

Startaplar bir-birinə dəstək verməlidir – İki tərəfə də qazanc gətirən metod

Asif İbrahimov
KidFi startapının həmtəsisçisi

Azərbaycanda startap ekosisteminə, startaplara dəstək çox aşağı səviyyədədir.

Əlbəttə, 5-10 ildən öncəki sıfır səviyyədə olan dəstəkdən irəliləyiş var, amma indi də çox aşağı səviyyədədir.

Təəssüf ki, startaplara dəstək yarış və tədbirlərlə olmur, startapa müştəri, müştəriyə çıxış və pul lazımdır.

Bunları qoyaq bir qırağa, belə olan halda qalan yeganə çıxış yollardan biri startapların bir-birinə dəstək verməsidir.

Ümumiyyətlə, dünya təcrübəsində və ümumən istənilən biznesin təməli “win-win” modeli üzərində qurulub.

Yəni siz alma satırsızsa, mənim də onlayn satış platformam varsa, bir-birimizdən faydalanıb onlayn alma satmalıyıq.

Bununla da mənim onlayn mağazamda çeşid artacaq və gəlirdən faiz alacaqsınız, sizdə də alma artıq onlayn da satılacaq və satışınız artacaq - hər iki tərəf gördüyünüz kimi qazandı.

Amma bu yanaşma bizdə yoxdur. Çünki, səbəbləri var.

1) İlk dəfə startap edən özünü dünyanın ağası sayır və deyir ki, hər şeyi bilirəm və partladacam. Nəticə 4-5 aydan sonra həvəs ölür, startapla birgə...

2) İkinci dəfə startap edən deyir ki, əvvəlki səhvlərimi etməyəcəm. Amma yenə də lovğalıq imkan vermir ki “win-win” modelini etsin. Nəticə ikinci dəfə uğursuz olur. 1-2 il maksimum davam edə bilir.

3) Dəfələrlə startap edən, bir neçə dəfə müəyyən uğura çatan bu sahədə şəxs isə deyir ki, “filan startap kimdir eeee” onunla əməkdaşlıq edək. Nəticə yenə də əksər hallarda uğursuz olur.

Bu inanılmaz çətin sahədə hazırda yeganə çıxış yolu əməkdaşlıqdır.

Biz KidFi Inc startapı olaraq, artıq bir startapla əməkdaşlıq edirik, ikinci startapla danışıqlar gedir və əməkdaşlıq etdiyimiz yeni startapa müəyyən qədər müştəri gətirməyə çalışmışıq.

Məqsəd də budur, startapınıza püxtələşmiş baxdığınız zaman anlayacaqsız ki, tək əldən 99% hallarda səs çıxmaz.

Bir-birinizə müştəri verin, qazandırın, dəstək olun ki, sonda siz də qazanasınız.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla