AZ

Rusiyanın müvəqqəti işlər vəkili Almaniya XİN-ə çağırılıb

Rusiyanın Berlindəki səfirliyinin müvəqqəti işlər vəkili kiber hücumla əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya XİN-in nümayəndəsi Kristian Vaqner bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, rəsmi Berlin Rusiyanı Almaniya Sosial Demokrat Partiyası İdarə Heyətin üzvlərinin elektron poçtunun şfirəsini sındırmaqda ittiham edir.

Diplomat qeyd edib ki, Rusiya səfirliyinin müvəqqəti işlər vəkilinə Almaniya federal hökumətinin məsələ ilə bağlı mövqeyi çatdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
11
Mənbələr
Şərh ()
Bağla