AZ

Rusiyanın müvəqqəti işlər vəkili Almaniya XİN-ə çağırılıb

Rusiyanın Berlindəki səfirliyinin müvəqqəti işlər vəkili kiber hücumla əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.



NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya XİN-in nümayəndəsi Kristian Vaqner bugünkü brifinqdə bildirib.
Onun sözlərinə görə, rəsmi Berlin Rusiyanı Almaniya Sosial Demokrat Partiyası İdarə Heyətin üzvlərinin elektron poçtunun şifrəsini sındırmaqda ittiham edir.
Diplomat qeyd edib ki, Rusiya səfirliyinin müvəqqəti işlər vəkilinə Almaniya federal hökumətinin məsələ ilə bağlı mövqeyi çatdırılıb.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
11
nuhcixan.az

10Mənbələr