AZ

ABŞ, Yaponiya və Avstraliya ilk dəfə birgə təlimlər keçirəcək

 ABŞ, Yaponiya və Avstraliyanın müdafiə rəhbərləri ilk üçtərəfli raket və hava hücumundan müdafiə təlimlərinin 2027-ci ildə keçirilməsi barədə razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Müvafiq razılıq Havay ştatında keçirilən üçtərəfli danışıqların yekunu üzrə əldə olunub. Növbəti iki il ərzində tərəflər hər bir ölkədə xidmətdə olan beşinci nəsil F-35 qırıcılarından istifadə etməklə birgə təlimlər keçirmək barədə razılığa gəliblər.

Üç ölkənin müdafiə nazirliklərinin rəhbərləri həmçinin müasir müdafiə texnologiyaları sahəsində əməkdaşlığın təşviqinə dair saziş imzalayıblar.///tass

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla