AZ

Önəmli olan sərgi deyil, qələbədir

Moskvanın mərkəzində Ukraynada vurulmuş NATO ölkələrinin tankları və zirehli maşınları sərgilənir.

Kreml bu sərgi vasitəsilə vətəndaşlarına təlqin edir ki, Rusiya Ukrayna ilə yanaşı bütövlükdə NATO ilə savaşır və qələbəni əldə etmək ona görə asan deyil. Oxşar sərgi 2 il əvvəl Kiyevdə təşkil edlimişdi. Həmin sərgidə Kiyev ətrafında vurulan Rusiya tankları və zirehli maşınları göstərilirdi. İndi Rusiya hakimiyyəti Moskvada sərgi keçirməklə Kiyevdəki sərgiyə cavab verdiyini düşünür. Bakıda Hərbi Qənimətlər Parkında sərgilənən tank və hərbi texnikanın mütləq əksəriyyəti keçmiş SSRİ və Rusiya istehsalıdır. Önəmli olan sərgi deyil, qələbədir. Azərbaycan qələbəni təmin etdi və ələ keçirilən hərbi texnikanı sərgiyə çıxartdı. Rusiya-Ukrayna müharibəsi isə hələ bitməyib, qalib bəlli deyil. Ona görə də Kiyev və ya Moskvadakı sərgilər müharibədə qələbəyə işarə deyil.

Elxan Şahinoğlu

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla