AZ

İnsanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər - Komitə sədri

Bakı. Trend:

Ailə dəyərlərimizin təbliğində, qadın və uşaq hüquqlarınınmüdafiəsində medianın üzərinə böyük iş düşür. Lakin bəzən bu və yadigər problemin işıqlandırılması zamanı səhvlərə yol verilir.Uşaqların üzü göstərilir, ev ünvanları, əsl ad və soyadlar,oxuduqları məktəb, iş yerləri dəqiqliklə göstərilir.

Trend xəbər verir ki, Milli Məclisin deputatı, Ailə, qadın vəuşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mayın 3-dəkeçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda forumdaçıxışı zamanı deyib.

“Elə bu günlərdə baş vermiş bir cinayət hadisəsi ilə bağlıjurnalist orada olan uşaqlardan müsahibə götürür. Uşaqlar da bütündetalları ilə hadisəni danışırdılar. Bu, nə qədər düzgündür? Bəzənjurnalistlər bilməyərəkdən cəmiyyətin qadın və kişi stereotiplərihaqqında görüşlərini bölüşür. Çox təəssüflər olsun ki, bəzənsensasiya, reytinq üçün xəbərlər paylaşırlar.

Əfsuslar olsun ki, bir çox hallarda sosial-məişət mövzuluproqramlarda, xəbər və ya məqalələrdə yalnız cəmiyyətin neqativhissəsi nümayiş olunur. Halbuki bizim çox sayda nümunəviailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaqlazımdır, lakin balans pozulmamalıdır”, - deyə Milli Məclisindeputatı qeyd edib.

H.Hüseynova qeyd edib ki, ən təhlükəli məsələlərdən biri dəinternetin, sosial şəbəkələrin çox sürətlə ailələrə daxilolmasıdır:

"Bu da qarşısıalınmaz bir prosesdir. Biz görürük ki, insanlar özailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxtkeçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad -valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu böyüməkdəolan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir,asılılıq yaradır. Eyni zamanda, milli-mənəvi dəyərlərindeqradasiyasına səbəb olur".

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinintəşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşımübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin,həmçinin, məişət zorakılığı və erkən nikah kimi həssas mövzularınmediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşıeffektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminəhəmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalartəşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
3
Mənbələr
Şərh ()
Bağla