AZ

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Mingəçevir, 3 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Prezident Kuboku-2024" beynəlxalq reqatası davam edir.

AZƏRTAC xəbər verir ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən turnirin 3-cü günündə İbrahim Məmmədzadə və Sərhad Fərhadlı (2010-2011) ikinəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda bürünc medal qazanıblar.

Bununla da Azərbaycanın qazandığı medalların sayı 5-ə çatıb.

Qeyd edək ki, “Prezident Kuboku-2024” reqatasına mayın 3-də yekun vurulacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
Mənbələr
Şərh ()
Bağla