AZ

"Prezident Kuboku-2024": İdmançılarımızdan 6-cı medal

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Prezident Kuboku-2024" beynəlxalq reqatası davam edir.

Apasport.az xəbər verir ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən turnirin 3-cü günündə Qiyas Əhmədov - Vacib Babayev (2008-2009-cu il təvəllüdlü) cütlüyü 200 metr məsafəyə kayak yarışında gümüş medal qazanıblar.

Bununla da Azərbaycanın qazandığı medalların sayı 6-ya çatıb.

Qeyd edək ki, “Prezident Kuboku-2024” reqatasına mayın 3-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
apasport.az

3Mənbələr