AZ

“Bakcell” loqosunu yeniləyən kimi tarifləri bahalaşdırdı

“Bakcell” may ayından etibarən tarifləri artırıb.

Heftelik.az-ın məlumatına görə,  artım xüsusilə də “Klass” paketlərində daha çox hiss edilir.

Mobil operator “Klass” paketlərini 10-13% arasında bahalaşdırıb.

Məsələn, əvvəl 10 manata təklif edilən “Klass 10” paketi bu aydan 11 manata, 15 manata təklif edilən Klass15 paketinin qiyməti isə 17 manata qaldırılıb.

Bu isə sosial şəbəkələrdə narazılıqla qarşılanıb. İstifadəçilər bildirirlər ki, “Bakcell” danışıq dəqiqələrini nisbətən artırmaqla “gözə kül üfürməyə” çalışır: “Şirkət paket daxilində hazırda daha çox istifadə edilən internet həcmlərinə isə dəyişiklik etməyib. “Bakcell” loqosunu yeniləməklə bağlı  xərclərini müştərilərindən çıxır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla