AZ

Milanda gecə saatlarındaşüşə və qalay paketlərində içki satışına qadağa qoyuldu

İtaliyanın Milan şəhərində bələdiyyə hökumətinin şəhərdə gecə həyatının təşkili istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində təxminən bir aya yaxın şüşə və qalay paketlərində içki satışına qadağa qoyulub.   Manset.az İtaliya mətbuatına istinadən xəbər verir ki,  ölkənin ən çox ziyarət edilən şəhərlərindən biri olan Milanın meri Cüzeppe Sala, şəhərin turistik yerlərində gecə saatlarında çöldə içki satışı ilə bağlı yeni qərar çıxıb. Qərara əsasən 12 turistik məhəllədə şüşə və qalay paketlərdə spirt və ya sərinləşdirici içkilər satılacaq.  Navigli, Bicocca 22.00-dan 05.00-a qədər icazə verilməyəcək. Mətbuatda çıxan xəbərlərdə sözügedən qərarın  şəhər sakinlərini narahat etməmək üçün “çılğın gecə həyatı üçün tənzimləyici addım” olduğu, şüşə butulkaların qırılmasının həm səs-küyə, həm də müxtəlif təhlükəli xəsarətlərə səbəb olduğu bildirilib. Jalə

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla