AZ

İranda son iki həftədə 63 nəfər edam olunub

Son iki həftə ərzində, aprelin 17-dən mayın 1-dək İranda barələrində ölüm hökmü çıxarılmış 63 məhbus edam olunub.

“Report” “Radiofarda”ya istinadən xəbər verir ki, məlumatı İran İnsan Hüquqları Müdafiə təşkilatının sədri Mahmud Əmiri-Müqəddəm yayıb.

Bildirilib ki, edamlar hər 5 saatdan-bir icra edilib.

Təşkilatın hesabatına əsasən, bu il başlayandan İrandakı müxtəlif həbsxanalarda 171 nəfər barəsində çıxarılan ölüm hökmü icra olunub.

Mahmud Əmiri-Müqəddəmin sözlərinə görə, beynəlxalq ictimaiyyətin edamlara münasibət bildirməməsi yenilərinin baş verməsinə yol açır: “İnsan hüquqlarına əməl edib, İranla diplomatik əlaqə saxlayan dövlətlər bu məsələyə diqqət etməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
15
Mənbələr
Şərh ()
Bağla