AZ

Son iki həftədə 63 nəfər edam olunub

Son iki həftə ərzində, aprelin 17-dən mayın 1-dək İranda barələrində ölüm hökmü çıxarılmış 63 məhbus edam olunub. “Report” xəbər verir ki, məlumatı İran İnsan Hüquqları Müdafiə təşkilatının sədri Mahmud Əmiri-Müqəddəm yayıb. Bildirilib ki, edamlar hər 5 saatdan-bir icra edilib. Təşkilatın hesabatına əsasən, bu il başlayandan İrandakı müxtəlif həbsxanalarda 171 nəfər barəsində çıxarılan ölüm hökmü icra olunub.

Mahmud Əmiri-Müqəddəmin sözlərinə görə, beynəlxalq ictimaiyyətin edamlara münasibət bildirməməsi yenilərinin baş verməsinə yol açır:

“İnsan hüquqlarına əməl edib, İranla diplomatik əlaqə saxlayan dövlətlər bu məsələyə diqqət etməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
15
avtosfer.az

10Mənbələr