AZ

Xalq artisti Ramiz Quliyevlə görüş-konsert keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığıilə görkəmli tarzən, Azərbaycan SSR xalq artisti, Dövlət Mükafatı Laureatı, professor Ramiz Quliyevlə gənclərin görüş-konserti keçirilib.

Birliyin Mətbuat xidmətindən Ucnoqta.az-a məlumat verilib ki, Beynəlxalq Muğam Mərkəzində “MədəniyyətimİZ” proqramı çərçivəsində keçirilən görüş-konsertdə çıxış edən “İRƏLİ” İctimai Birliyinin layihələrlə iş üzrə katibi, “MədəniyyətimİZ” proqramının koordinatoru Riad Cəbrayılov layihə haqqında geniş məlumat verərək silsilə xarakter daşıyan görüş və konsertlərin ölkə gəncliyinin Azərbaycan mədəniyyətinə olan sağlam münasibətinin göstəricisi olduğunu qeyd edib. Daha sonra çıxış edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, əməkdar artist Sahib Paşazadə xalq artisti, professor Ramiz Quliyevin həyat vəvə yaradıcılığından, onun pedaqoji fəaliyyətindən bəhs edib. Bildirib ki, Ramiz Quliyevsiz Azərbaycan musiqi mədəniyyətini təsəvvür etmək qeyri-mümkündür. 

Tədbirdə xalq artisti Azərbaycan musiqi mədəniyyətinin inkişafı kontekstində tar ifaçılığının tarixi, keçdiyi dövr və uğurlarımız, cəmiyyətdə milli musiqi dəyərlərinin qorunması və gənc nəsilə təbliği, eləcə də, Ümummilli Lider Heydər Əliyevlə bağlı olan zəngin xatirələrindən bəhs edib.

Beynəlxalq Muğam Mərkəzinin aparıcısı Səmray Əliyevanın moderatorluğu ilə “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan musiqisinin rolu”, “Tar ifaçılığı məktəbində yeni, innovativ yanaşmalar: yaradıcı sənayenin müasirənənələrinə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında müzakirə aparılıb. Görüşün bədii hissəsində Azərbacan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllim və tələbələrinin iştirakı ilə Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət müxtəlif musiqi nümunələri təqdim olunub.

Qeyd edək ki, “MədəniyyətimİZ” proqramının həyata keçirilməsində əsas məqsəd ölkə mədəniyyətinin müxtəlif sahələri üzrə peşəkar, tanınmış incəsənət xadimləri ilə gənclərin əlaqələndirilməsi, mədəni dəyərlərin təbliği və Azərbaycan mədəniyyətinin inkişafına töhfə verməkdən ibarətdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
4
Mənbələr
Şərh ()
Bağla