AZ

Braziliyada daşqın nəticəsində ölənlərin sayı ARTDI

Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı artıb.   Manset.az-ın məlumatına görə, ölkənin cənubundakı Rio Grande do Sul əyalətində bir neçə gündür təsirli olan yağışlar can və mal itkisinə səbəb olub. Ştatın bələdiyyə sədri Leite tərəfindən verilən açıqlamada ölənlərin sayının 29-a, itkin düşənlərin sayının isə 60-a yüksəldiyi bildirilib. Açıqlamada, yağışların 154 qəsəbəyə ciddi ziyan vurduğu və 71 min 300 nəfərin seldən mənfi təsirləndiyi bildirilib. Ölənlərin sayının arta biləcəyinə qeyd edən Leite, axtarış-xilasetmə işlərinin qurudan, dənizdən və havadan davam etdiyini bildirib. Leite faciənin böyüklüyünə görə 180 gün ərzində “fəlakət vəziyyəti” elan etdiklərini və insanların fəlakət bölgəsindən çıxarılması üçün ciddi səy göstərdiklərini bildirib. Jalə Manşet.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla