AZ

Türkiyənin Ticarət Nazirliyi İsrail ilə ticarətin dayandırıldığını təsdiqləyib

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını tamamilə dayandırıb.

Marja.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

“Dövlət səviyyəsində görülən tədbirlərin ikinci mərhələsinin həyata keçirilməsinə başlanılıb, bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları dayandırılıb”, - deyə Türkiyə Ticarət Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd edilib ki, məhdudlaşdırıcı tədbirlər İsrail Qəzzada dərhal atəşkəs elan edənə və humanitar yardımın adekvat və fasiləsiz axını təmin edənə qədər qüvvədə qalacaq. "Türkiyə bu yeni tədbirləri ciddi və qətiyyətlə həyata keçirəcək”, - məlumatda qeyd olunur.

Ankara vurğulayıb ki, Türkiyə “ilk gündən [7 oktyabr 2023-cü il] Qəzza sakinlərinə kömək etməyə tələsdi, gəmi və təyyarə ilə bölgəyə on minlərlə ton humanitar yardım, ilk növbədə ərzaq, səhiyyə və tibbi yardım üçün materiallar, minlərlə xəstəni təxliyə etdi və çətin günlərdə fələstinli qardaşlara dəstək oldu. Bununla belə, İsrail Qəzzada qətliamını davam etdirdi, beynəlxalq atəşkəs səylərinə məhəl qoymadı və humanitar yardıma mane oldu".

Qeyd edək ki, Bloomberg Türkiyə rəsmilərinə istinadən ölkənin İsraillə ticarət əlaqələrini dayandırdığı barədə məlumat yaymışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
37
Mənbələr
Şərh ()
Bağla