AZ

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"Bu addımın prosesin gedişinə siyasi təsiri o qədər də böyük olmayacaq".

Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Arif Əliyev Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dayandırmasını şərh edərkən deyib.

"Türkiyənin İsraillə münasibətlərdə elə də böyük siyasi tələbi yoxdur. Söhbət Fələstin dövlətinin yaranmasından gedirsə, bu, təkcə Ankaranın deyil, bir çox Avropa ölkələri və ABŞ-ın özünün də istəyidir. Türkiyənin əsas tələbi dinc insanların təhlükəsizliyi, humanitar məsələlərlə bağlıdır. İsrailin seçdiyi taktika, onun yürütdüyü davranış həddən artıq insan faciəsinə gətirib çıxarır. Türkiyənin İsraillə iqtisadi əlaqələri kəsməsinin hansı siyasi nəticələrə hesablandığı və nəyə gətirib çıxaracağını indidən deyə bilmərəm. Ehtimal ki, bu addımın proseslərin gedişinə siyasi təsiri o qədər də böyük olmayacaq. Çünki İsraillə üzdə bir cür, altda isə başqa cür davranan dövlətlər çoxdur. Amma insani, ümumbəşəri baxımdan bu addım geniş rezonans doğuracaq", deyə Arif Əliyev bildirib.

Həmsöhbətimiz güman edir ki, Ankara bu addımı atmazdan əvvəl itirdiklərini kompensasiya etmək məsələsini də nəzərdən keçirib:

"Çünki bu söhbət birdən-birə ortaya çıxmayıb. Bu məsələ uzun müddət müzakirə olunan təsir formasıdır".

Qeyd edək ki, Türkiyə İsraillə ticarət əlaqələrini dayandırıb. Bu barədə "Bloomberg”ə Türkiyə rəsmiləri məlumat verib.

Qeyd olunub ki, ötən ay Türkiyə bəzi məhsulların İsrailə ixracına məhdudiyyətlər qoyub. Ankara hələ ki, ticarətin dayandırıldığını rəsmən elan etməyib. Ticarət əlaqələrinin nə vaxt və hansı şərtlərlə bərpa olunacağı qeyri-müəyyən olaraq qalır.

Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 2023-cü ilin sonlarına 6,8 milyard dollar olub. Bu dövriyyənin də 74 faizi Türkiyənin ixracının payına düşür. 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
37
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22823
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14371
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12855
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11306
Helikopterin qalıqları tapılıb
8616
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7906
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6878
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6642
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5120
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4376
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4055
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3724
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3517
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3028
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2771
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1596
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1340
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1324