İngiltərə Premyer Liqasında 26-cı turdan təxirə salınmış oyun keçirilib.
İdman.biz xəbər verir ki, “Çelsi” öz meydanında “Tottenhem”lə qarşılaşıb.
London derbisində “zadəganlar” qələbə qazanıblar. “Tottenhem” ardıcıl 3-cü oyunda uduzub. “Çelsi” 2:0 hesabı ilə qalib gəlib. Komandanın qollarını Çalobah və Jakson vurub.
“Tottenhem” 60 xalla 5-ci, “Çelsi” 51 xalla 8-ci pillədə qərarlaşıb.
İngiltərə Premyer Liqası
26-cı turun oyunu
“Çelsi” – “Tottenhem” – 2:0
İdman.biz