AZ

Respublikaçıların yeni nəsli Ukraynaya yardıma qarşıdır...

...Nümayəndələrinin bu il Konqres Senatında yer qazanacağını gözləyən ABŞ Respublikaçılar Partiyasının yeni nəsli Ukraynaya əlavə hərbi yardımın verilməsinin əleyhinədir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu,Kiyevə yardım paketini irəli sürən Senatdakı respublikaçı azlığın lideri Mitç Makkonnellin xeyrinə deyil.

Son günlərdə ilk dəfə senator olmaq şansı yüksək olan bir sıra respublikaçılar Ukrayna, İsrail və Tayvana yardımı ehtiva edən 95 milyard dollarlıq paketin əleyhinə səs verəcəklərini bildiriblər.

...Siz Amerika xalqını təmsil edirsiniz və Ukrayna sərhədi, eləcə də xalqı ilə bağlı belə narahat olmaqdansa, artıq özölkənizin xalqı ilə maraqlanmağa başlamağın vaxtıdır. Amerikalılar əziyyət çəkirlər və biz tələb edirik ki, bizi təmsil etməyə başlayasan.

Qeyd edək ki, bunu Arizona ştatında Senata namizəd olacaq Kari Leyk bildirib. Leyk konqresmenləri miqrasiya böhranının həllinə diqqət yetirməyə çağırıb.

Bu arada “The Hill” yazır ki, yardım paketinin təsdiqi fevral ayında xarici yardımın əleyhinə səs verənlərin hətta bəzilərinin dəstəyini qazanmağı bacaran Makkonnelliüçün böyük bir qələbə olub. Lakin onların əksəriyyəti respublikaçı senatorların köhnə nəslinin nümayəndələridir.

Məsələ bundadır ki, ilk dəfə seçilən 17 respublikaçıdan 11-i Ukraynaya yardımın əleyhinə səs verib.

Yəni doğrudanmı, amerikalılara ümid olan ukraynalılar...”şamsız qalacaq”?

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
Mənbələr
Şərh ()
Bağla