Mingəçevirdə baş verən yol qəzası zamanı maşınlardan biri kanala düşüb.
Azmedia.Az-ın məlumatına görə hadisə Mingəçevirdə Samux küçəsində baş verib.
Niva markalı maşınla toqquşan Vaz markalı digər minik avtomobili idarəetmədən çıxaraq yol qırağındakı kanala düşüb.Qəza zamanı yaralanan 1988-ci il təvəllüdlü Kərimov Əvəz Yunis oğlu və 2005-ci il təvəllüdlü Məmmədov Toğrul İsrafil oğlu xəstəxanaya çatdırıllb.
Faktla bağlı araşdırma aparıllr.
Ehtiram Muradov
Azmedia.Az