AZ

Qardaşı üçün narkotikli dolma hazırlatdı, tutuldu

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Penitensiar xidmət məlumat yayıb.

Məlumata görə, həbs olunmuş şəxs Əşrəf Vüqar oğlu Əşrəfliyə qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı dolmaların içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 2,070 qram marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
14
yenisabah.az

10Mənbələr