Mayın 2-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru Oleksey Çernişov ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə tərəflər neft-qaz sənayesində əməkdaşlığın perspektivlərini, o cümlədən Azərbaycan qazının Ukraynada saxlanması imkanlarını müzakirə edib, enerji keçidi, dekarbonizasiya və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta