AZ

Keniyada daşqın fəlakəti... 166 nəfər ölü

Keniyada paytaxt Nayrobi də daxil olmaqla 36 bölgəyə təsir edən sel fəlakətində həyatını itirənlərin sayının 166 olduğu açıqlanıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yardım və xilasetmə işlərini həyata keçirən Keniya Qırmızı Xaç Cəmiyyəti 132 nəfərin itkin düşdüyünü bildirib. Ümumilikdə, təxminən 44 min ev təsərrüfatına zərər dəyib, seldə 23 min 511 ailə evini tərk etmək məcburiyyətində qalıb və 8 minə yaxın təsərrüfat heyvanı tələf olub. Keniya meteorologiya qurumu yağışların bu həftə də davam edəcəyini açıqlayıb. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla