AZ

"Şəhid ailələri və qazilər dövlətimizin diqqətindədir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Şəhid ailələri, qazilər Azərbaycan dövlətinin diqqətindədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, hətta hərbi əməliyyatlar gedərkən həmin ailələrin yaranan bütün problemlərinin həlli həm mərkəzi, həm yerli icra strukturları tərəfindən böyük diqqətlə qarşılanır: "Onlara dövlət tərəfindən təqaüdlər təyin edilmişdir. Onların mənzil şəraitinin yaxşılaşdırılması üçün ciddi addımlar atılır. Vaxtaşırı bu və ya digər bölgədə həmin kateqoriyadan olan insanların mənzillə təmin edilməsinin şahidi oluruq. Şəhid ailələri və qazilər dövlət orqanlarında işlə təmin edilirlər. Onlar çalışdıqları sahədə özlərini ən müsbət cəhətdən göstərirlər.

Şəhid adlarının küçə və məktəblərə verilməsi də onların xatirəsinin əziz tutulması deməkdir. Vaxtaşırı onlarla müxtəlif tədbirlərin keçirilməsi bu qurupdan olan məsələlərdən hesab edilə bilər. Bu gün həmin kateqoriyadan olan insanlar Azərbaycanın bütün bölgələrində və bütün vətəndaşlar tərəfindən həmişə diqqətdədir. Bundan sonra da belə olacaqdır.

Bu məsələdə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər birimizə nümunə göstərirlər. Onların şəhid ailələri ilə tez-tez görüşü, problemlərinin həlli ilə bağlı müvafiq tapşırıqlar verməsi diqqəti çəkir. Azərbaycan ilk növbədə şəhid adına, şəhid ailələrinə, qazilərə diqqət yetirməklə özünün ən dəyərli oğul və qızlarını bundan sonra da hörmətdə saxlayacağını bir daha göstərir".

Müəllif: Söylü Ağazadə
Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla