AZ

İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir

İrəvanda hökumət binası qarşısında ölkənin Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.   Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aksiya Vaaqn Çaxalyanın rəhbərlik etdiyi “Kamk” hərəkatı tərəfindən təşkil edilib.  Aksiya iştirakçıları Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə qarşıdırlar.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və ölkələrarası dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Seçilən
39
10
Mənbələr
Şərh ()
Bağla