AZ

Azərbaycanın sistem əhəmiyyətli bankları ilk rübdə 795 mln. manat gəlir əldə ediblər

Azərbaycanın sistem əhəmiyyətli banklarının 2024-cü ilin ilk rübü ərzində 795.66 milyon manat cəmi gəlir əldə ediblər.

Bu barədə göstərici Banker.az-ın bank hesabatlarından tərtib etdiyi renkinqdə məlum olur.

Sistem əhəmiyyətli banklar hazırda Azərbaycanda aktivlərinə görə ən iri beş banklar daxil edilir – ABB, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, ASC “Xalq” Bankı və “Bank Respublika” ASC-dir.

Bu bankların cəmi gəlirləri illik müqayisədə 73.03 mln. və ya 10% artım göstərib.

TOP5-lik hesabat müddətində 233.17 milyon manat xalis mənfəət əldə edib və öz xalis mənfəətindən dövlətə 68.71 milyon manat mənfəət vergisi ödəyiblər.

Sistem əhəmiyyətli bankların xalis mənfəəti illik müqayisədə cəmi 3 faiz böyüyüb.

İlin I rübündə TOP5-liyin aktivləri 35.84 mlrd. Manata yüksəlib ki, bu da illik müqayisədə  3.51 mlrd. Manat və ya 11% artım deməkdir.

Bununla belə, sistem əhəmiyyətli bankların aktivlər üzrə bazar payı 69 faiz olub ki, bu 2023-cü ilin eyni dövründə 72% üzərində idi.

Aktivlər, min. manat
Bankın adı 2024, I rüb2023, I rüb
ABB         13,189,303         11,564,338
Kapital Bank           8,766,814  7,728,237
PAŞA Bank           8,747,364            8,693,036
Xalq Bank           3,037,552            2,700,678
Bank Respublika           2,100,199            1,645,813
Cəmi         35,841,232          32,332,102

 

Kredit portfelinin həcmi illik müqayisədə 9 faiz artıb.

Kredit portfeli, min. manat
Bankın adı 2024, I rüb2023, I rüb
ABB           5,341,495            3,594,832
Kapital Bank           4,397,093            3,225,007
PAŞA Bank           3,064,114            2,753,791
Xalq Bank           1,801,276            1,774,923
Bank Respublika           1,189,155               982,498
Cəmi         15,793,132          12,331,050

 

Depozitlərin həcmi də 9 faiz artımla 26.27 milyard manata yüksəlib.

Depozitlər, min. manat
Bankın adı 2024, I rüb2023, I rüb
ABB           9,490,180            8,737,050
Kapital Bank           6,673,562   5,912,636
PAŞA Bank           6,958,965            7,105,283
Xalq Bank           2,226,753            1,901,514
Bank Respublika           1,411,100               978,528
Cəmi         26,760,560          24,635,010

 

Seçilən
133
47
Mənbələr
Şərh ()
Bağla