AZ

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri illik 3.8%, qiymətlər isə 0.0%-də sabit qalıb

Azərbaycan Respublikası əhalisinin 2024-cü ilin ilk 4 ayı üzrə nominal gəlirləri 24 mlrd. 579.9 mln. manata yüksəlib.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.

Bu da illik müqayisədə 4.3 faiz artım deməkdir.

Əhalinin hər nəfərinə düşən nominal gəlirlər isə 2 412.9 manat olub.

Bu da adambaşına düşən nominal gəlirlərin illik müqayisədə 3.8 faiz artması deməkdir.

DSK-nin iki gün öncə açıqlanan rəqəmlərinə əsasən, ölkədə illik inflyasiya 0.0 faiz, orta illik isə 0.7 faizdir. Aylıq isə hətta 0.1 faiz deflyasiya olub.

Digər statistikaya əsasən, Əhalinin sayı 2024-cü il 01 aprel 10 milyon 189.8 min nəfər olmaqla illik 0.5 faiz, orta aylıq əməkhaqqı isə 985.3 manat olmaqla 9.3 faiz artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
261
50
banker.az

10Mənbələr