AZ

Aİ 2027-ci ilə qədər Livana 1 milyard avro ayırıb

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Avropa İttifaqının islahatlar və miqrasiya ilə mübarizə səyləri müqabilində 2027-ci ilə qədər Livana 1 milyard avro yardım ayırdığını bildirib.

Editor.az xəbər verir ki, bu barədə o,  Livanda keçirdiyi mətbuat konfransında deyib.

Von der Leyen izah edib ki, bu proqram təhsil, bank sektoru, silahlı qüvvələr və təhlükəsizlik qüvvələri sahəsində islahatlar, ən əsası isə immiqrasiya ilə mübarizə üçün nəzərdə tutulub. AK prezidenti həmçinin Livanın suriyalı qaçqınların qəbulunda rolunu alqışlayıb və onların vətənə qayıtmaları üçün proqramları dəstəkləyib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla