AZ

“Digər dövlətlərlə əməkdaşlıqla sanksiyaların təsirini minimuma endirəcəyik”- PESKOV

Rusiya ABŞ-ın tətbiq etdiyi sanksiyaların risklərini minimuma endirmək üçün digər dövlətlərlə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, məhdudiyyətlər Rusiyanın digər ölkələrlə münasibətlərinin inkişafına mane ola bilməz.

“ABŞ bu ölkələrə gizli təzyiqini davam etdirir və şirkətlər bundan əziyyət çəkir. Amma bu, bizim bu ölkələrlə ikitərəfli münasibətlərimizin inkişafını pozmağa qadir deyil. Ölkələr bunda maraqlıdırlar, öz suverenliklərini saxlayırla. Rusiya digər ölkələrlə əlaqələri inkişaf etdirməyə, bu cür qeyri-dost, daha doğrusu düşmənçilik təzahürlərindən yaranan riskləri minimuma endirməyə ümid edir”, – Peskov deyib.

Azpost.info

Seçilən
141
37
Mənbələr
Şərh ()
Bağla