AZ

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini yekdilliklə təsdiqləyib.
 
Bu barədə məlumat qanunverici orqanın yuxarı palatasının saytında yayımlanıb.
 
Bu təşəbbüs əvvəllər Konqresin Nümayəndələr Palatası tərəfindən bəyənilib. İndi sənədi ABŞ Prezidenti Cozef Bayden imzalamalıdır. Ağ Ev qanun layihəsini dəstəklədiyini bildirib.
 
Bununla belə, 2028-ci ilin yanvar ayına qədər müvəqqəti istisnalar olacaq. Belə ki, təşəbbüs ABŞ-ın Energetika Nazirliyinə dövlət katibi və maliyyə naziri ilə razılaşdırmaqla Rusiya uranının ABŞ-ın mövcud qanunvericiliyi ilə icazə verilən həcmdə idxalına icazə verməyə imkan verir.
 
Birləşmiş Ştatlar son illərdə modul nüvə reaktorlarını gücləndirmək üçün Rusiyanın yüksək dərəcəli, aşağı zənginləşdirilmiş uranını əvəz etməyə çalışır.
 
ABŞ Ticarət Departamentinin məlumatına görə, fevral ayında Rusiya ABŞ-a 1,2 milyard dollar dəyərində zənginləşdirilmiş uran satıb. Bu da 2009-cu ildən bəri rekord göstəricidir. (APA)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
37
Mənbələr
Şərh ()
Bağla