AZ

Ermənistanda azərbaycanlı əsirlər evlərdə işlədilir? - Şok

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün keçirilən brifinqində bildirildi ki, Birinci Qarabağ müharibəsi zamanı 872 azərbaycanlının sağ-salamat şəkildə ermənilər tərəfindən əsir götürüldüyünə dair məlumatlar var. Hətta onlardan təxminən 253 nəfərin Ermənistana aparıldığı qeyd olunub.

Xatırladaq ki, işğal dövründə Birinci Qarabağ müharibəsi zamanı sağ qalmış və əsir götürülmüş azərbaycanlıların Ermənistanda olduğu, hətta müxtəlif sahələrdə, inşaatda, eləcə də evlərdə işlədildiyinə dair iddialar səsləndirilirdi.

Belə bir şey mümkündürmü? Sözügedən iddialarla bağlı dəqiq faktalara, şahid ifadələrinə rast gəlinibmi?

Yenipress.az xəbər verir ki, Azərbaycan ordusunun ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev Globalinfo.az-a açıqlamasında azərbaycanlıların hələ də Ermənistanda işlədilməsinə dair faktla rastlaşmadığını bildirib:

“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası geniş məlumat bazasına malikdir. Ölkədə itkin düşənlərin ailələsi, girov götürülmüş sonra Azərbaycana qaytarılmış vətəndaşlarla görüşləri, müsahibələri məhz bu  komissiya həyata keçirir. Həm açıq mənbələr, həm də hüquq mühafizə orqanları və güc strukturlarının əldə etdiyi məlumatlar aidiyyəti üzrə bu dövlət komissiyasına təqdim olunur. Onlar bu məlumatların bazasını yaradıblar. Əsir və girov götürülmüş hər bir şəxsə dair informasiya bu komissiyanın bazasında məxfi olaraq saxlanılır. Bu məlumatlar zamanı gəldikdə ictimaiyyəti məqbul olduğu qədər çatdırılır”.

Ekspert Birinci Qarabağ müharibəsi zamanı Laçında 4 əsgərin də itkin düşdüyünü açıqlayıb:

“Bu mövzuda sadəcə bir şey deyə bilərəm. 1992-ci ilin oktyabrın 7-də Laçın rayonunun Qızılca kəndi istiqamətində mənim 4 əsgərim itkin düşüb. Lakin onlar döyüş şəraitində itkin düşməyiblər. Həmin vaxt arxadakı kənd ermənilər tərəfindən işğal edilmişdi. Mən bölüyün çıxarılması üçün onları təhlükəsiz yol açmağa göndərmişdim. Lakin həmin əsgərlərlə heç bir atəş səsi eşidilmədən əlaqə kəsildi. Sonradan onların itkin olduğu barədə məruzə etdim. Bu günə kimi həmin 4 əsgərdən xəbər yoxdur. O əsgərlər itkin kimi qeydiyyata alındılar, sonra onlara şəhid statusu verildi”.

Seçilən
55
1
Mənbələr
Şərh ()
Bağla