AZ

Səbaildə suyun verilməsində məhdudiyyətlər YARANDI

Bakının Səbail rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

 

Bu barədə Sfera.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən məlumat verib.

 

Bildirilib ki, su kəmərində baş vermiş qəza ilə əlaqədar mayın 2-də Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

 

Agentlik bununla əlaqədar abonentlərdən üzr istəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
12
Mənbələr
Şərh ()
Bağla