AZ

Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıb



Bakının Səbail rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə Newscenter.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən məlumat verib.

Bildirilib ki, su kəmərində baş vermiş qəza ilə əlaqədar mayın 2-də Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Agentlik bununla əlaqədar abonentlərdən üzr istəyir.

Süleyman
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
12
newscenter.az

10Mənbələr