- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bakı, 2 may, AZƏRTAC
Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.
Azərbaycan Minifutbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma həlledici oyununda son dünya çempionu Rumıniya komandası ilə qarşılaşıb. Görüş seçməmizin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Elşad Quliyevin yetirmələri mükafata sahib çıxıblar.
Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüb.