AZ

Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub

Azərbaycanın minifutbol millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.

“Report” xəbər verir ki, Azərbaycan futbolçuları turnirin həlledici oyununda son dünya çempionu Rumıniya komandasına 5:4 hesabı ilə qalib gələrək baş mükafatı qazanıblar.

Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüblər.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
25
dogru.az

10Mənbələr