AZ

Azərbaycanla Avstraliya arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib (FOTO)

Bakı. Trend:

Dünən Bakı şəhərində Azərbaycan Respublikası ilə Avstraliyaİttifaqının Xarici İşlər Nazirlikləri arasında siyasiməsləhətləşmələrin ilk iclası keçirilib.

Xİn-dən Trend-ə bildirilib ki, məsləhətləşmələr zamanıAzərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlərnazirinin müavini Elnur Məmmədov, Avstraliya İttifaqının nümayəndəheyətinə isə Xarici İşlər və Ticarət Departamentinin inkişaf,çoxtərəfli və Avropa qrupunun katibinin müavini Rod Brazierrəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında münasibətlərinhazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdəəməkdaşlığın genişləndirilməsi və inkişaf perspektivləri ətrafındamüzakirələr aparılıb.

Nazir müavini Elnur Məmmədov postmünaqişə dövründə bölgədəmövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa,quruculuq işləri, habelə minaların təmizlənməsi prosesi haqqındaqarşı tərəfi ətraflı məlumatlandırıb.

Cari ildə ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlverişli imkanlaryaratdığı vurğulanıb.

Görüşdə həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlarçərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Azərbaycanla
Azərbaycanla
Azərbaycanla
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
12
az.trend.az

10Mənbələr