AZ

Paşinyan: “Ermənistan Azərbaycanla sərhəddəki hərbi mövqelərini geri çəkəcək”

“Ermənistan Azərbaycanla sərhəddəki hərbi mövqelərini geri çəkəcək. Çünki sərhəddə ordu deyil, Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları yerləşdiriləcək”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ilk növbədə delimitasiya olunmuş ərazilərdə sərhəd təhlükəsizliyinin sərhəd qoşunlarına verilməsi məsələsi qarşılıqlı şəkildə həll olunacaq:

“İkincisi, tərəflərin delimitasiya komissiyaları iyulun 1-dək komissiyaların birgə fəaliyyətinin reqlamentini razılaşdıracaqlar. Bu reqlamentin əldə edilmiş təcrübəni əks etdirəcək praktiki iş üçün təlimat olması üçün delimitasiyanın ilkin mərhələsi çox vacibdir. Sonra bu reqlament daxili dövlət təsdiqi prosedurundan keçəcək. Bundan sonra komissiyalar görüşməli və növbəti delimitasiya prosesinin ardıcıllığını razılaşdırmalıdırlar”.
Paşinyan qeyd edib ki, danışıqlar zamanı Ermənistan tərəfi Azərbaycanın nəzarəti altında olan 31 sərhədyanı erməni kəndinin əraziləri məsələsini də qaldırıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
50
bizim.media

10Mənbələr