AZ

“Mayın 2-də İsraillə diplomatik münasibətləri kəsəcəyik” – Kolumbiya prezidenti



“Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik”.
Yeniavaz.com
xəbər verir ki, bunu Kolumbiya Prezidenti Qustavo Petro Beynəlxalq İşçilər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Budur, sizin qarşınızda keçid hökuməti, respublika prezidenti xəbər verir ki, sabah İsrail dövlətinin prezidenti və hökuməti soyqırım törətdiyinə görə bu dövlətlə diplomatik əlaqələr kəsiləcək”, - Petro bildirib.
Prezident qeyd edib ki, küçələrdə olan milyonlarla insanların bununla razı olduğunu düşünür:
“Bu baş verə bilməz, soyqırım dövrü, gözümüzün qabağında bütöv bir xalqın məhvi geri dönə bilməz. Fələstin ölərsə, bəşəriyyət ölər. Buna icazə verə bilmərik”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
6
yeniavaz.com

10Mənbələr