AZ

"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"

"Cari ilin birinci rübündə elektromobillərin satışı ötən ilin analoji dövrünə nisbətən 25 faiz artıb, 2020-ci ildə satılan nəqliyyat vasitələrinin sayına bərabər olub..."
 
"2030-cu ildə Çinin yollarında hər 3-cü, ABŞ və Avropada hər 5-ci avtomobil elektrik avtomobili olacaq..."
 
Bu il dünyada elektromobillərin satışı kəskin artaraq 17 milyona çatacaq
 
Dünyada elektromobillərə tələbat artmaqdadır. Cari ilin birinci rübündə satılan elektromobillərin sayı bütün 2020-ci ildəki analoji göstəricilərə bərabər olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu Ajansı" nəşri məlumat yayıb.
 
Elektromobillərin satışının sürətlə artması dünya avtomobil sənayesini dəyişəcək və benzinə olan tələbat əhəmiyyətli dərəcədə azalacaq.
 
Bu il dünyada elektromobillərin satışı sürətlə artacaq və 17 milyona çatacaq.
 
Beynəlxalq Energetika Agentliyinin (BEA) illik "Global EV Outlook" mərizəsinə görə, cari ilin birinci rübündə elektromobillərinin satışı ötən ilin analoji dövrünə nisbətən 25 faiz artıb.
 
Bu dəfə satılan elektromobillərin sayı bütün 2020-ci ildə satılan elektrik nəqliyyat vasitələrinin sayına bərabər olub.
 
2024-cü ilin sonuna dünyada satılan  elektromobillərin sayının 17 milyona çatacağı gözlənilir. Güman edilir ki, bu il satılan hər beşinci avtomobil elektrik avtomobili olub, bu zaman belə nəqliyyat vasitələrinin satışının sürətlə artması dünya avtomobil sənayesində islahata səbəb olacaq və benzinə tələbatı xeyli azaldacaq.
 
Dəyərləndirmələrə görə, dünyada bütün elektromobil satışından on milyonu Çinin payına düşəcək, ABŞ-da hər doqquzuncu, Avropada hər dördüncü satılan avtomobil elektrik avtomobili olacaq.
 
Satış artımının proqnozu 2023-cü ildə rekord artıma əsaslanır. BEA-nın məruzəsinə əsasən, cari ildə elektromobillər satışının xeyli artacağı proqnozu ötən ilin rekord artımına əsaslanır. 
 
2023-cü ildə dünyada 14 milyon elektromobil satılıb, bu da öncəki ilə nisbətən 35 faiz çox olub. Əsasən Çində buna tələbatın artdığı bir vaxtda, ABŞ və Avropada, Vyetnam və Tailand kimi inkişaf etməkdə olan ölkələrdə də həmçinin elektromobillərin satışı artıb.
 
Ötən ildə Çində satılan elektromobillər analoji adi avtomobillərdən ucuz olub. Lakin ABŞ və Avropada daxili yanma mühərriki ilə işləyən nəqliyyat vasitələrinin qiyməti elektrik avtomobillərdən ucuz olub.
 
Yaxın zamanlarda bazarda rəqabətin artması və akkumulyator texnologiyalarının inkişaf etməsi ilə əlaqədar olaraq qiymətlər aşağı düşəcək.
 
"Bu dəyişikliyin avtomobil və energetika sektorları üçün mühüm nəticələri olacaq". BEA rəhbəri Fatih Birol məruzəni şərh edərkən qeyd edib ki, elektromobillərin satış dinamikası saxlanılır. "Avtomobillərin qlobal inqilabı, görsənir ki, yox olmur, yeni inkişaf mərhələsinə hazırlaşır", - Birol vurğulayıb.
 
Onun sözlərinə görə, akkumulyatorlar istehsalına qoyulan investisiyalar göstərir ki, elektroavtomobillərin tədarük zənciri inkişaf edir, avtoistehsalçıların ambisiyalı genişləndirmə planlarına uyğundur.
 
"Nəticədə gözlənilir ki, yollarda elektromobillərin payı sürətlə artmaqda davam edəcək. Bugünkü siyasətə istinad edərək 2030-cu ildə Çinin yollarında hər üçüncü, ABŞ və Avropada hər beşinci avtomobil elektrik avtomobili olacaq.
 
Bu dəyişiklik həm avtomobil sənayesi, həm də energetika sektoru üçün ciddi nəticələrə gətirib çıxaracaq", - Birol qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
moderator.az

1Mənbələr