AZ

Bu səhnəyə görə sevgilisindən ayrıldı - FOTO

Türkiyəli məşhur aktrisa Nilsu Berfin Aktaşın reper sevgilisi "Block3" ilə ayrılıq səbəbi məlum olub.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Son olaraq "Korkma ben yanındayım" serialında baş rolu canlandıran Nilsu serialdakı öpüşmə səhnəsinə görə sevgilisindən ayrılıb.

Ssenariyə uyğun olaraq serialdakı partnyoru ilə uzun öpüşmə səhnəsi çəkən gənc ulduzun bu səhnəyə görə münasibətində problem yaşadığı bildirilib.

Yayılan məlumata görə, əsl adı Hakan Aydın olan 22 yaşlı reper "Block3" səhnədən narahat olub.

Amma bununla da bitməyib, "məni aldatdın" deyərək Aktaşı bloklayıb.

Qeyd edək ki, 7-ci bölümdə final olan serialın digər baş rolunu Eren Ören canlandırırdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
baku.ws

1Mənbələr