AZ

London təmsilçisinin forvardı üçün mövsüm başa çatdı

İngiltərənin "Tottenhem" klubunun heyətində ciddi itki baş verib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Timo Verner sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Anje Postekoqlu məlumat verib.

Alman forvard Premyer Liqanın 35-ci turunun "Arsenal"la matçında (2:3) dizindən zədə alıb. 28 yaşlı futbolçu mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Tottenhem" Timos Verneri bu ilin yanvar ayında "Leypziq"dən icarəyə götürüb. Almaniya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
sportinfo.az

1Mənbələr