AZ

Bakı və Abşeronda çirkab mənbəyi olan göllərin aqibəti necə olacaq? – RƏSMİ AÇIQLAMAVİDEO

Bakıda və Abşeron yarımadasında kifayət qədər göl var ki, onların böyük əksəriyyəti istifadəyə yararsızdır.

Xezerxeber.az xəbər verir ki, kadrlar Bakıda və Abşeron yarımadası ətrafında olan ekoloji fəlakət mənbəyi olan çirkləndirilən göllərdəndir.

Ekoloq Qəmzə Yusubova deyir ki, Abşeron yarımadasında ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl mövcuddur və bu göllərə il ərzində çirkab sular axıdılır.

O, deyir ki, bu göllər torpaqların deqradasiyaya uğramasına, yollar və digər kommunikasiya xətlərinə xələl yetirilməsinə də təsir edir.

Bakı və Abşeron yarımadası ərazisində göllərə axıdılan kanalizasiya suları problemi ilə bağlı Azərsu ilə əlaqə saxladıq. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə vətəndaşların çəkdiyi fərdi xətlərlə tullantı sularının yaxınlıqdakı göllərə, su tutarlara axıdılması halları mövcuddur. Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin baş planına əsasən gələcəkdə dövlət investisiyaları hesabına hımin ərazilərdə tullantı su infrastrukturunun yaradılması nəzərdə tutulur.

Bəs bu göllərin təmizlənərək istirahət zonası, balıq tutmaq üçün ərazi və ya digər gəlirli zonaya çevirilməsi niyə həyata keçirilmir?

Sualımızı cavab olaraq Ekologiya və Təbii Sərvətlər nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Faiq Mütəllimov “Xəzər Xəbər”ə bildirdi ki, artıq Bakıdakı bir sıra göllər abadlaşdırılıb. Bakı şəhərinin yeni baş planına əsasən digər göllərin də ekoloji vəziyyətinin yaxşılaşdırılması və reabilitasiyası üçün işlər nəzərdə tutulur. Bakı gözllərinin fəal istifadəsi, ətrafının yaşıllaşdırılması, turizm və işgüzar imkanlarının artırılması əsas hədəfdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
xezerxeber.az

1Mənbələr