AZ

Azərbaycanın 5 cüdoçusu Düşənbə Böyük Dəbilqəsində

Qadın cüdoçulardan ibarət Azərbaycan yığması Düşənbə Böyük Dəbilqə turnirində iştirak edəcək.

İdman.biz xəbər verir ki, millimiz mayın 3-5-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək turnirdə 5 idmançı ilə təmsil olunacaq.

Yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında cüdoçularımız 3 çəki dərəsində yarışacaqlar.

Qeyd edək ki, 3 gün davam edəcək turnirdə 71 ölkədən 421 idmançı medallar uğrunda mübarizə aparacaq.

48 kq
Leyla Əliyeva

52 kq
Gültac Məmmədəliyeva
Aydan Vəliyeva

57 kq
Acelya Toprak
Fidan Əlizadə

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
idman.biz

2Mənbələr