AZ

Bəhramın "Şəhər mədəniyyəti" statusu qalmaqala səbəb oldu - Video

Əməkdar artist Bəhram Bağırzadə son paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Bəhram Bağırzadə Heydər Əliyev Sarayında baş tutan konsertdən öncə tamaşaçıların sıra ilə düzülməsini lentə alaraq rəsmi İnstaqram səhifəsində paylaşım edib.

"Şəhər mədəniyyəti", - deyə o, qeyd edib.

Aktyorun statusu isə sosial media istifadəçiləri tərəfindən tənqidə tuş gəlib. Onlar əməkdar artistin "şəhərli-rayonlu" söhbətinə qarşı çıxıblar.

Qeyd edək ki, bir müddət əvvəl Bəhram Bağırzadənin "Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz", - fikirləri də qalmaqala səbəb olmuşdu.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
teleqraf.com

10Mənbələr