AZ

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb

AFFA-nın vitse-prezidenti və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva AVRO-2024-ə təyinat alıb.

İdman.biz xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

O, bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyin edilib. Bununla ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirdə iştirak edəcək.

Mehtiyeva iyunun 17-dən iyulun 1-dək AVRO-2024-ün Frankfurtda təşkil olunacaq 5 oyununda UEFA nümayəndəsi olacaq. O, qrup mərhələsi çərçivəsində iyunun 17-də Belçika – Slovakiya, 20-də Danimarka – İngiltərə, 23-də İsveçrə - Almaniya, 26-da Slovakiya – Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək.

Qeyd edək ki, UEFA nümayəndəsi qitə futbol qurumunun keçirdiyi oyunlara və turnirlərə təyin edilən ən yüksək rütbəli oyun rəsmisidir. Nümayəndə oyunların təşkilinin bütün aspektləri üzrə ümumi səlahiyyətə malikdir, matçın və ya turnirin nizamlı təşkilinin təmin edilməsinə, oyundan əvvəl, oyun zamanı və sonra stadionun istər daxilində, istərsə də xaricində nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir.

İdman.biz

Seçilən
6
35
Mənbələr
Şərh ()
Bağla