AZ

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb

Bakı. Trend:

AFFA-nın vitse-prezidenti və Beynəlxalq Əlaqələr Şöbəsininmüdiri Könül Mehtiyeva AVRO-2024-ə təyinat alıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidmətiaçıqlayıb.

O, bu il Almaniyada keçiriləcək Avropa çempionatının finalmərhələsinə UEFA tərəfindən təyin edilib. Bununla ilk dəfəAzərbaycandan olan nümayəndə belə mötəbər turnirdə iştirakedəcək.

Mehtiyeva iyunun 17-dən iyulun 1-dək AVRO-2024-ün Frankfurtdatəşkil olunacaq 5 oyununda UEFA nümayəndəsi olacaq. O, qrupmərhələsi çərçivəsində iyunun 17-də Belçika – Slovakiya, 20-dəDanimarka – İngiltərə, 23-də İsveçrə - Almaniya, 26-da Slovakiya –Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasınanəzarət edəcək.

Qeyd edək ki, UEFA nümayəndəsi qitə futbol qurumunun keçirdiyioyunlara və turnirlərə təyin edilən ən yüksək rütbəli oyunrəsmisidir. Nümayəndə oyunların təşkilinin bütün aspektləri üzrəümumi səlahiyyətə malikdir, matçın və ya turnirin nizamlıtəşkilinin təmin edilməsinə, oyundan əvvəl, oyun zamanı və sonrastadionun istər daxilində, istərsə də xaricində nizam-intizam vətəhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
39
az.trend.az

10Mənbələr