AZ

AVF prezidenti qadınlardan ibarət yığma üzvləri ilə görüşüb - FOTO

Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Qızıl Avropa Liqasına hazırlıqlara start verən qadınlardan ibarət yığma üzvləri ilə görüşüb.

İdman.biz xəbər verir ki, qurum rəhbəri voleybolçularımızla söhbət edib, onların durumu ilə maraqlanıb.

Milli komandamızın baş məşqçisi Faiq Qarayev AVF rəhbərinə hazırlıq prosesi haqqında ətraflı məlumat verib.

Federasiya rəhbəri millimizin qarşıdakı oyunlarda uğurla çıxış edəcəyinə inamını bildirib, voleybolçularımıza yarışda uğurlar arzulayıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
1
idman.biz

10Mənbələr