AZ

Əhalinin əmanətlərinin 82-83 %-i Azərbaycan banklarına 1 illik müddətinə yerləşdirilib - AMB sədri

Bu ilin yanvarın 1-nə olan məlumata görə, əhalinin əmanətlərinin 82-83 %-i Azərbaycan banklarına 1 illik müddətinə yerləşdirilib.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, insanları daha uzunmüddətli əmanət yerləşdirməsini stimullaşdıraq üçün AMB əhalinin əmanətlərindən əldə etdiyi gəlirin vergiyə [10 % dərəcə ilə] cəlb edilməsi təklif etdi:

"Əhalinin əmanətlərindən əldə etdiyi gəlirin vergiyə cəlb edilməsi həmçinin həmin ölkənin inkişafı ilə bağlıdır. Digər tərəfdən, əmanətçilərin 72-75 %-i isə 30 min manata qədər əmanət yerləşdirənlərdir. Onları da uzunmüddətli əmanət yerləşdirməyə təşviq etmək üçün təklif etdik ki, onların miniumum 18 ay müddətinə yerləşdirdiyi əmanətlər vergidən azad edilsin".

Xatırladaq ki, 2024-cü ildən etibarən Azərbaycanda fiziki şəxslərin milli valyutada bank depozitləri üzrə gəlirlərinin vergiyə cəlb olunmasında bir sıra güzəştlər tətbiq olunur.

Yerli bank və xarici bankın Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin hər bir milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi üç il müddətinə vergidən azad edilir.

Bundan başqa, hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək hissəsi fiziki şəxslərin gəlir vergisindən azad edilir.

Qeyd edək ki, 7 il müddətində yerli bankın və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri gəlir vergisindən azadolma müddəti 2023-cü ildə başa çatıb. Bununla əlaqədar, 2023-cü il fevralın 1-dən banklar əmanətlər üzrə faiz gəlirlərindən ödəmə mənbəyində 10 % dərəcə ilə vergi tutur.

Fuad Mədətov
Fins.az

Seçilən
56
37
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21185
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19332
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18273
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17678
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16874
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16689
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16104
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15524
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11993
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11269
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9179
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8356
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8004
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7529
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7170
Minimum əmək haqqı nə qədər arta bilər?
7094
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6366
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5772