AZ

İran sərhəddə beton divar tikir

​​​​​​İran Əfqanıstanla sərhəddə beton divar tikməyə başlayıb.

Bakıvaxtı.az bu barədə “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir.

Məlumata görə, İran hökuməti Əfqanıstanla sərhədin çəkilməsi planını həyata keçirmək üçün bölgəyə 4 mühəndis qrupu göndərib.

Bununla bağlı İran Ordusunun Quru Qoşunlarının şimal-şərq bölgəsinin hazırlıq və dəstək komandiri Həsən Mukəffi xəbər verib.

Onun sözlərinə görə, planda 4 metrlik beton divarın tikintisi, tikanlı məftillərin və hasarların çəkilməsi nəzərdə tutulub.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
3
bakivaxti.az

4Mənbələr