AZ

Burada da Yerdə olduğu kimi çaylar, göllər və dənizlər var

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“James Webb Kosmos” Teleskopu Yer kürəsinə bənzər peykin fotosunu çəkib.

KONKRET.az xəbər verir ki, 2022-ci ilin son günlərində NASA-nın teleskopunun çəkdiyi foto nədənsə bu gün də sosial mediada müzakirələrə səbəb olub.

Olduqca bulanıq görüntüdə bir çox insanlar fotoşəkilin əslində peyk planeti olmadığını, daha çox Yer olduğunu düşünürdülər.

İnsanlar NASA-ya “bulanıqlığı aradan qaldırın ki, başqa bir Yeri görə bilək” desələr də, bu, baş verməyib.

Sonradan görüntülərdəki göy cismin Saturnun ən böyük peyki olan Titan olduğu anlaşılıb. Bizim Günəş sistemində yalnız Titan və Yer bəzi qeyri-adi ortaq xüsusiyyətlərə malikdir.

“Titan Günəş sisteminin bənzərsiz peyklərindən biridir. O, Yerdən başqa yeganə planetdir ki, çayları, gölləri və dənizləri var. Lakin bu göllər sudan çox karbohidrogenlərdən, etan və metan kimi molekullardan ibarətdir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
9
1
Mənbələr
Şərh ()
Bağla